Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində olan Günqışlaq kəndi dağətəyi ərazidə yerləşir. Əsl adı Güneyqışlaqdır. Keçmiş adı isə Düşmənli olmuşdur. Yaşayış məntəqəsi günəşli qışlaq yerində salındığı üçün belə adlandırılmışdır.
1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni vandalları kəndi darmadağın etmişlər. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.