Bunu açıqlamasında rayonun Xanabad kənd sakini Eldar Rüstəmov deyib.
O, kənd sakinlərinin uzun illər yurd həsrəti ilə yaşadıqlarını vurğulayıb:
"1991-ci ildə kəndimiz işğal edildi. Bu vaxta qədər müxtəlif yerlərdə yaşadıq. Dövlət tərəfindən bizə hər bir şərait yaradılsa da, hər zaman doğma yurdun həsrətini çəkdik. Şükür, artıq yurdumuza qayıtdıq. Burada yaradılan şərait təsəvvür etdiyimizdən daha yüksək səviyyədədir". (Report)