Xankəndinin yenidən qurulmasında çalışan Aydın Quliyev Xankəninin ilk dırzisidir. Deyir ki, doğulub boya-başa çatdığı yurduna dönüb burada işləmək onun çoxdankı arzusu olub. O, məktəbli çağlarında öz yurdundan ayrı düşüb. Dərzilik peşəsini isə məcburi köçkünlük dövründə Ağdamda öyrənib. Xankəndiyə ayaq basanda doğma yurdu ilə bağlı xatirələri yenidən yaşayıb. İndi burada çalışmaq onu qürurlandırır.
-Goranboy rayonunda işləyirdim. Dövlət Məşğulluq İdarəsinə Xankəndi şəhərində işləmək üçün müraciət elədim. Dövlət Məşğulluq İdarəsinin xətti ilə mənə Xankəndidə obyekt və dərzi ləvazimatlarını verdilər. Şükürlər olsun ki, indi burda fəaliyyət göstərirəm. Hal-hazırda burda Xankəninin təmir, bərpa və quruculuq işləri ilə məşğul olan işçilər mənə müraciət edirlər. Onların lazım olan əşyalarını təmir edirik. Şükür ki, bu gün biz Xankəndinə qayıtmışıq...
Xankəndidəki 20 yaşlı cavan bərbər isə Allahverdi Əhmədlidir. O da Xankəndi sakinidir. Deyir ki, uşaqlıqdan atam burdakı evimizdən, uşaqlığından, Xankəndi ilə bağlı xatirələrindən çox danışardı. Elə ona görə də ilk gəlişi olsa da bura ona yad gəlmir.
-Xankəndi işğaldan azad olunandan sonra mən fəxr edirəm ki, ilk fəaliyyətimə bərbər kimi ata yurdumda başlamışam. Burda ətraf rayonlardan, Şuşadan, Xocalıdan yanıma gəlirlər orda bərbər olmadığı üçün. Mən də buna görə fəxr edirəm ki, indi doğma ata yurdumda insanlara xidmət edirəm.
Hazırladı: Tahirə AĞAMİRZƏ