19.10.2024, 14:34
AZ EN
14.11.2023, 17:12 182

Ağdamda əkin sahəsində antiq qəbir aşkarlanıb

QARABAĞ
  • Ağdam rayonunun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidə böyük daş parçası aşkar edilib və əkin sahəsində məzar olduğu məlum olub.

Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib.

Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər