23.12.2024, 00:57
AZ EN
26.01.2024, 08:26 287

Qarabağ RMİ-i Ağdam rayonunda “Gənclər Günü” ərəfəsində tədbir keçirib

QARABAĞ
  • Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Üçoğlan kənd Mədəniyyət evinin və 6 saylı Səfərli kənd kitabxanasının birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər qonaqlara Gənclər Günü və ölkəmizdə yürüdülən gənclər siyasəti haqqında məlumat veriblər. Bildiriblər ki, Azərbaycan bu gün böyük yüksəliş dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımızda, o cümlədən gənclərimizdə də bir ruh yüksəkliyi yaradıb. Gənclər Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə öz töhfələrini verməyə hazırdırlar.

Mina RƏŞİD      

Oxşar xəbərlər