26.06.2025, 09:00
AZ EN
11.06.2022, 18:00 307

"Paraqvay ictimaiyyətinə Şuşa və Füzulidə gördüklərimiz barədə məlumat verəcəyik"

QARABAĞ
  • "Şəxsən özüm Azərbaycanın işğaldan azad edilən ərazilərində dağıntılara tanış olmaq istədim. Eyni zamanda burada sürətli templə aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədilə burdayıq. Sizi bu qələbə münasibətilə bütün ürəyimizlə, qəlbimizlə təbrik edirik. Biz hər zaman sizin yanınızdayıq, sizə dəstək göstərmişik. Bu səfərin təşkil edilməsində dəstəyə görə Azərbaycan hökümətinə və Azərbaycanın Argentinada və Paraqvaydakı səfirliyinə təşəkkürümüzü bildiririk".

Bunu Füzuli və Şuşada səfərdə olan Paraqvay Senatındakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Akino jurnalistlərə açıqlamasında deyib

"Biz neçə illərdir Azərbaycanla əməkdaşlıq edirik, Azərbaycanın bütün həqiqətlərini həmişə dəstəkləmişik. Biz parlamentimiz vasitəsi ilə Azərbaycanın hər zaman haqq işini dəstəkləməyə və yanında olmağa hazırıq. Bu, bizim Azərbaycana ilk dəstəyiniz deyil hər zaman ölkənizi parlamentimiz vasitəsilə dəstəkləmişik, Azərbaycanın haqq işinə dəstək vermişik. Bundan sonra da hər zaman Azərbaycana olan dəstəyinizi verəcəyik.Biz parlament səviyyəsində Xocalı soyqırımını tanımışıq. Bu gün Şuşada olmağımızın üstünlüyü odur ki, mədəniyyət beşiyi olan bu şəhərin gözlliyini görmək və erməni işğalında olduğu müddətdə Şuşaya dəyən ziyanlara öz gözlərinizlə şahid olmaqdır. Əsas məqsədimiz Paraqvay cəmiyyətinə bu həqiqəti çatdırmaqdır. Füzuli şəhərinə gəlincə, müqayisə üçün deyim ki, Paraqvay tarixində də oxşar məqamlar olub. İşğal, soyqırım məsələsi bizə çox tanışdır. Füzuli şəhərində də olduğumuz müddətdə öz gözlərimizlə bu dağıntıları gördük. Ölkəmizə qayıtdıqdan sonra Paraqvay ictimaiyyətinə bu barədə məlumat verəcəyik. ("Report")

Oxşar xəbərlər