09.06.2025, 04:05
AZ EN
14.11.2023, 18:40 307

31 ildən sonra Laçına köçən sakinlər: "Bu gün bizim üçün tarixi və möcüzəvi gündür"

QARABAĞ
  • "Bu gün bizim üçün tarixi və möcüzəvi gündür. Bu xoşbəxtliyi yaşamaq nəsibimiz olubsa, buna görə müzəffər Ordumuza, Ali Baş Komandan İlham Əliyevə borcluyuq".

Bunu Laçına ezam olunan əməkdaşına açıqlamasında 31 ildən sonra doğma yurduna qayıdan Ülviyyə Tağıyeva deyib.

O, 9 yaşında olarkən Laçını tərk etdiyini bildirib: "Mən Laçını göz yaşı və qorxu içində tərk etmişəm. Həmin gün həyatımın ən dəhşətli günü idi. Şükür ki, 31 ildən sonra Laçına geri dönürük. Həsrətlə gözlədiyimiz torpaqlarımıza qədəm qoymuşuq. Ötən illər ərzində hər gün Vətən həsrəti, yanğısı çəkmişik". (Report)

Oxşar xəbərlər