Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji, 5 avtomat meteoroloji stansiya quraşdırılaraq isifadəyə verilib:
"Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb". (Report)