20.04.2025, 05:51
AZ EN
23.02.2023, 09:12 307

Ağdam nəinki Qarabağın, Azərbaycanın ən gözəl şəhərlərindən biri olacaq

QARABAĞ
  • Ağdamın 3 kəndi, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin gələcək görüntüləri ilə bağlı videoçarx hazırlanıb.

Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 59 min 90 nəfərin yəni, 1500 ailənin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi  ərazilər 418 hektardır. Burda məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhlələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfər kökürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Burda mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər