30 illik işğal dövründə Qarabağda dəmir yolu insfrastrukturunu da dağıdan Ermənistan şpallardan Ohanyan səddinin qurulmasında istifadə etmişdi. Separatçı rejim kimi, o səddən də heç bir əsər-əlamət qalmayıb.
Ermənistan artilleriyadan çıxardığı bu vaqon isə Bakı-Xankəndi dəmir yolunun Köşəli stansiyasının yaxınlığında olduğu kimi saxlanlıır. Bakı-Xankəndi dəmir yolunun yenidən çəkilməsində isə ilk dəfə olaraq Azərbaycanın öz istehsalı olan dəmir yolu avadanlıqlarından istifadə ediləcək.
Qeyd edək ki, Azərbaycan ilk dəmir yolu xətti 1880-ci ildə istifadəyə verilib. 150-ə yaxın ötən dövrdə ölkəmiz avadanlıqlarını xarici ölkələrdən satın alıb. Bu ildən isə Azərbaycan özü dəmir yolu avadanlıqları istehsal edəcək və xarici ölkələrə də satacaq.
Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan dəmir yolu avadanlıqları istehsalı zavodunun məhsulları ilkin olaraq daxili tələbatın ödənilməsi üçün istifadə ediləcək. Bir müddət sonra isə məhsul xarici ölkələrə də ixrac olunacaq.
5,7 milyon manat investisiyanın yatırılması nəzərdə tutulan layihə Ağdam Sənaye Parkında həyata keçirilir.
Ağdam Sənaye Parkında istehsal edilən müəssisələrdən biri də tütün fabrikidir. Gördüyünüz kimi, onun tikintisinin əsas hissəsi başa çatmaq üzrədir. Hər yeni müəssisə isə yeni iş imkanları və ölkə iqtisadiyyatının inkişafı deməkdir. Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalına 40,5 milyon manat investisiya yatırılacaq və 300 nəfər işlə təmin ediləcək. Ərazisi 190 hektar olan Parkda müxtəlif ölçüdə metal, boru və utoprofillərinin, alçı və suvaq, doğu və izaliyasiya materiallarının, havalandırma, yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatları, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, müxtəif çeşitdə sintetik xalçaların və s.istehsalat müəssisələri də fəaliyyətə başlayacaq. Bu layihələr 2 minə yaxın yeni iş yerinin açılmasına şərit yaradacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ