21.11.2024, 22:06
AZ EN
21.02.2024, 12:48 290

Agentlik: Füzulidə 50 min nəfərin içməli su təchizatı üçün mərkəzi anbarların tikintisi həyata keçirilir

QARABAĞ
  • Laçın şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində qısa müddətdə böyük işlər görülüb. Perspektiv inkişaf nəzərə alınmaqla şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” ilə bağlı keçirilən konfrasda çıxışı zamanı deyib.

Ç. Abdullayev qeyd edib ki, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunub.

“Su mənbəyindən 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəməri çəkilib, nasos stansiyası və ümumi tutumu 4 min kubmetr olan 9 anbar inşa edilib. Laçın şəhərində 58 km içməli, 49 km tullantı, 4 km yağış su şəbəkələri yaradılıb, 7 km kanalizasiya kollektoru və 4 kanalizasiya nasos stansiyası tikilərək istismara verilib. 2023-cü il may ayında Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub. 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihə çərçivəsində ilkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir”, - deyə Çingiz Abdullayev əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər