"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanda fəaliyyət göstərən beynəlxalq hava limanlarının sayı 9-a çatdırılıb, avtomobil və dəmir yolları şəbəkəsi genişləndirilib və bütün bunlar idman sektorunun da inkişafına müsbət təsir göstərir: "Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıb, şəhərlər arasındakı bağlantılar da müasirləşir".
Elxan SALAHOV