"Ağdam" TV xəbər verir ki, Ağdam şəhərinin inzibati mərkəzi köhnə Seyidli sovetliyinin yerləşdiyi yerdə inşa ediləcək.
Ağdamda Azərbaycanda ilk dəfə olaraq mərkəzləşdirilmiş Qazanxana sisteminin tədbiqi nəzərdə tutulub.
Ağdam şəhərində tullantı sularının yenidən texniki su kimi kənd təsərrüfatı üçün istifadəyə yararlı hala gətirilməsi üçün su təmizləyici qurğular yer alacaq.
Ağdam şəhərinin su ilə təmin edilməsi üçün ilkin olaraq su artiziyanlarından, növbəti illərdə daha uzun zaman dilimində isə Laçından su xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ağdam Bazarı keçmişdə olduğu kimi, lakin fərqli yerdə olmaqla inşa ediləcək.
Ağdam Çay Evi yenidən olduğu yerə yaxın şəhərin mərkəzi parkında inşa ediləcək.
Ağdam şəhərində bina evlərində qaz olmayacaq.
Ağdam rayonu ərazisində isə qaz kənd evlərində olacaq.
Qarabağ futbol klubunun stadionu Ağdam şəhərində köhnə Sarıhacılı kəndi tərəfdən yerləşən idman kompleksinin yerində inşa ediləcək.
Eyni zamanda stadion ilə üz-üzə Qarabağ Universiteti yerləşəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ