22.06.2025, 13:19
AZ EN
16.04.2022, 17:30 373

Gürcüstanlı müğənni: İşğaldan azad edilmiş ərazilərdəki dağıntıları ürək ağrısı ilə izlədik

QARABAĞ

Biz üç gündür Azərbaycandayıq. Azərbaycan xalqının qonaqpərvərliyindən məmnunam. Biz - gürcü və azərbaycanlılar bir-birimizi çox sevirik. Çoxlu dostlarımız var. Gürcüstana, Azərbaycana və bütün dünyaya barış arzulayıram. Şuşa şəhərinə səfər etmiş gürcüstanlı müğənni Georgi Noniaşvili  belə deyib.

Georgi Noniaşvili işğaldan azad edilmiş ərazilərdə gördüyü dağıntılardan təsirləndiyini bildirib: “Biz Qarabağın kəndlərindən keçdik. Bu görüntüləri ürək ağrısı ilə izlədik. Azərbaycanda hər bir vətəndaşın yaşadığı acını yaşadıq. Füzuli aeroportu ərazisində yenilikləri görəndə isə bizdə yeni ruh oyandı. Azərbaycana uğurlar arzulayıram”. (AZƏRTAC)

Oxşar xəbərlər