08.09.2024, 07:28
AZ EN
03.05.2024, 09:48 260

Tuğ və Hadrutda mərkəzi kommunikasiya sistemləri formalaşdırılacaq

QARABAĞ
  • Mədəniyyət mərkəzi, bələdiyyə binası, tibb məntəqəsi, inzibati binalar və digər obyekləri, bütün bunları biz tezliklə Hadrutda görə biləcəyik. Qəsəbədə həmçinin yol infrastrukturu, mərkəzi kommmunikasiya sistemi də formalaşdırılacaq. Qarabağ keçmiş sakinlərinə qovuşmaqla yanaşı, yeni və yenilənən görkəminə də qayıdır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi, Leyla Sarabi:

-54 mənzildən ibarət 7 ədəd 2 mərtəbəli yaşayış binaları da bərpa olunacaq. Elm və Təhsil Nazirliyi tərəfindən Hadrut məktəbi də bərpa olunmaqdadır. Eyni şəkildə də Tuğ kəndində bərpa-quruculuq, tikinti işləri davam etməkdədir. Burda həm evlər, həm uşaq bağcası, həm məktəb, eləcə də iaişə obyektləri bərpa olunur, həmçinin tikilir.

Ağdam da əsl tikinti meydanını xatırladır. Sarıcalı, Xıdırlı, Kəngərli kəndlərində fərdi evlərin tikinti işləri davam edir.

“Kəngərli kəndindəki evlərin bir çoxunda artıq dam örtüyü vurulmaqdadır, içərisində suvaq işləri aparılır. Evlər hazır olduqdan sonra isə burda alternativ energi mənbələrindən istifadə olunacaq. Həmçinin fərdi evlərin tikintisi tamamlandıqdan sonra iaişə obyektləri də tikilməyə başlayacaq və sonra mərkəzi kommunikasiya sistemi, yol infrastrukturu yaradılacaq. Ağdamda mərkəzi parkın və meşə parkının da tikintisi planlaşdırılır. Həmçinin onu da nəzərə çatdıraq ki, ağdamlıların çox sevdiyi, Ağdamın simvolu sayılan istirahət guşəsi olan üçmərtəbəli günbəzli Çay evi, mərkəzi parkda yenidən tikiləcək.,- deyə Leyla Sarabi bildirib.

Qeyd edək ki, sadalanan işlərin bu ilin sonunda, Hadrut və Tuğ kəndlərində isə 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər