22.11.2025, 07:30
AZ EN
24.10.2025, 09:44 176

Gələn il Qarabağ Universitetinə 39 milyon manat ayrılacaq

QARABAĞ
  • Gələn il üçün Qarabağ Universitetinin büdcəsi indikindən daha çox olacaq. Belə ki, universitetin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutululub.

"Vətən səsi" xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində qeyd olunur. Layihədəkə məlumatlara görə, gələn il Qarabağ Universitetində tələbə kontingentinin yataqxana təminatının genişləndirilməsi də nəzərdə tutulub. Universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb – 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1980-cü ildən 1989-ci illərdə ali məktəb statusu daşısa da, işğal dövründə fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universiteti hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir.  2024-cü ildən etibarən həmin ali təhsil müəssisəsi 1269 tələbə, 6 fakültə, 19 ixtisas ilə ilk tədris ilinə başlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər