Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, 624 şagird yerlik məktəbin binasında 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib.
Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Məktəbdə təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait var. (AZƏRTAC)