21.11.2024, 17:06
AZ EN
21.09.2024, 13:48 261

Agentlik rəsmisi: Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu regionda turizmi canlandıracaq

QARABAĞ
  • Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması regionda turizmi canlandıracaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri baş idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.

Onun sözlərinə görə, sözügedən yol Qarabağın inkişaf planına uyğun olaraq, 1-ci və 2-ci texniki dərəcə əsasında layihələndirilir:

"Dövlət başçısının müvafiq sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması sürətlə davam etdirilir. Avtomobil yolu Bərdə-Ağdam yolunun 40-cı kilometrindən ayrılır və ümumi uzunluğu 33,6 kilometrdir. Qarabağın inkişaf planına uyğun olaraq, avtomobil yolu 1-ci və 2-ci texniki dərəcə əsasında layihələndirilir. Yolun təqribən 12 kilometrlik hissəsi 2-ci dərəcəyə uyğun yenidən qurulur”.

Agentlik rəsmisi hazırda avtomobil yolunda aparılan işlərin gedişi və texniki göstəricilər haqqında da məlumat verib:

“Bu hissədə torpaq yatağının eni 15 metr, zolaqların sayı 2, hərəkət hissəsinin ümumi eni isə 7,5 metr olacaq. Avtomobil yolunun 21,6 kilometrlik hissəsi xüsusi texniki dərəcəyə uyğun qaydada yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 26,5 metr, hərəkət hissəsinin ümumi eni 15 metr, hərəkət zolaqlarının sayı 2 gediş, 21 gəliş olmaqla, 4 hissədən ibarət olacaq. Ümumiyyətlə, yol boyu su ötürücü boruların tikintisi, eləcə də keçid və 5 ədəd körpünün inşası nəzərdə tutulub”.

M. Məmmədov həmçinin qeyd edib ki, yolun təmirindən sonra bu istiqamətdə hərəkətin intensivliyi artacaq:

“Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması regionda gediş-gəlişi asanlaşdırmaqla yanaşı, Xankəndiyə gedərkən Ağdam şəhərinə daxil olmadan rahat və sürətli hərəkəti təmin edəcək”.

“Bu yolun yenidən qurulması regionda turizmi canlandıracaq və kənd təsərrüfatı üçün də çox faydalı olacaq”, - o bildirib. (Report)

Oxşar xəbərlər