Vüqar Bayramov yazır:
Azərbaycan Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu ilin oktyabrın 17-də Füzulidə ilk dəfə şəhər günü qeyd ediləcək. Həmin günki tədbirlərə gələn aydan öz ata-baba yurdlarına qayıdacaq sakinlərimiz də şahidlik edəcək.
Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailən Füzuli şəhərinə qayıdacaq. 260 ailənin isə avqust ayının sonlarında öz evlərinə geri dönəcəyi gözlənilir.
Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Deməli, Füzuli şəhərində artıq yeni mərhələ başlamaqdadır.
Hazırladı: Tahirə AĞAMİRZƏ