Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, həmin ərazidə -Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 min 690,6 metr olan 7 avtomobil tuneli, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 min 358 metr olan 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 min 32,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 min 926,97 metr olan 5 avtomobil tuneli, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 min 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir. (AZƏRTAC)