12.07.2025, 14:01
AZ EN
15.11.2022, 11:17 591

Qarabağda yeni iş yerləri yaradılacaq

QARABAĞ
  • İqtisadiyyat nazirliyindən bildiriblər ki, Qarabağa sərmayə yatırmaq istəyənlərin sayı günü-gündən artır. Artıq belə müraciətlərin sayı 1301-ə çatıb. Onlardan 838 yerli, 463-ü isə xarici investorlardır.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi İlkin Şamilov qeyd edib ki, bu müraciətlər sənaye, kənd təsərrüfatı, turizm, xidmət, eyni zamanda  tikinti xidmətlərinin həyata keçirilməsi kimi sahələri əhatə edir. Türkiyə, Gürcüstan, Pakistan, Rusiya, Polşa, Macarıstan və bir çox Avropa ölkələrindən müraciətlər daxil olmaqdadır. Bu həm podrat layihələrində iştirak etmək istəyən layihələrə, həm də investisiyayönümlü layihələrinə aiddir. Sahibkarlıq subyektlərinin 7-nə rezident, 2-nə qeyri rezident statusu verilib. Araz vadisindəki lahiyəyə 1 rezident, 1 qeyri-rezident statusu verilib.

MMC-nin direktoru Nəsimi Dadaşov Qarabağa sərmayə yatıracaq       sahibkarlardan biridir. O, Ağdam Sənaye Parkında xalça və yun ipliyi istehsalı müəssisəsi açmağı planlaşdırır. Nəsimi Dadaşov  qeyd edib ki, investisiya qoyuluşu üçün nəzərdə tutmuşduq ki, bu 900 milyon yarım olacaq, amma  yeni avadanlıqların alınması, yeni iplik fabrikinin qurulmasının da bizə tapşırılması, bizə güvənərək verilməsi və o avadanlıq üçün, onun tikiləcəyi yer üçün də əlavə 15 milyon vəsait  tələb olunur ki, investisiya qoyulacaq.

Yerli fabriklərin açılması ürəyimizdən keçən arzumuzdur. Bu qədər də kömək, dəstək olandan sonra niyə də olmasın. Nəzərdə tuturuq ki, orda 4 fabrik istehsal sahəsi olacaq. Bunun nəticəsində də orda  yeni iş yerləri açılacaq, yaxşı maaş olacaq.

Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq məhsulların daxili bazarda satılması ilə bərabər, xarici ölkələrə ixrac edilməsi də planlaşdırılır.

Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil olan güzəştlərdən istifadə etməklə yanaşı, azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş imtiyazlardan da yararlana biləcəklər. Qarabağ və Şərqi Zəngəzur ərazilərində istehsal müəssisələrinin işə salınması, yerli istehsalın genişlənməsinə və yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər