"Vətən səsi" xəbər verir ki, budəfəki tender Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin təmir işlərinin satın alınması nəzərdə tutulur. Layihəyə əsasən, Quzumkənddə ümumi sahəsi 6732 kvadratmetr olan 40 ev təmir edilərək yaşayış üçün yararlı hala gətiriləcək. Tenderin nəticələrinə uyğun olaraq bu iş “Bəyaz İnşaat” MMC-yə həvalə edilib. Bunun üçün sifarişçi tərəf qalib şirkətə 2 milyon 355 min 267 manat ödəyəcək.
Xatırladaq ki, satınalma bir mənbədən alınma metodu ilə keçirilib. 2008-ci ildə yaradılan və nizamnamə kapitalı 2 milyon 318 min manat olan “Bəyaz İnşaat” MMC bundan əvvəl də Qarabağın bərpası layihələrində fəal iştirak edən şirkətlərdəndir. Həmin şirkət bu il həm də Xankəndi şəhərində yaşayış və qeyri-yaşayış sahələrində cari təmir işləri ilə bağlı layihə icra edib.
Elxan SALAHOV