22.11.2024, 03:16
AZ EN
06.07.2023, 08:31 189

Ağdam rayonu, Suma kəndi

QARABAĞ

Suma kəndi Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsinə daxildir.  Kənd rayon mərkəzindən 21 km şimal-şərqdə, Qarabağ düzündə yerləşir. İşğala qədər Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndləri arasında Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli və Ağdamın digər kəndlərindən adamlar gəlib buranı ziyarət edirdilər. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq olub. 1994-cü ildə işğal olunan kənd Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR