23.06.2025, 05:19
AZ EN
07.05.2023, 16:00 377

Xocavənd rayonu, Qaradağlı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocavənd rayonunun Qaradağlı kəndi Qaradağlı kənd inzibati ərazi dairəsinə daxildir. Bu kənd mənşəcə Səfəvilərin hakimiyyət uğrunda apardığı mübarizədə böyük rol oynamış qızılbaşların qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından götürmüşdür. Səfəvilərin hakimiyyəti dövründə qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilmişdir. XX əsrin 60-cı illərinədək Qərbi Azərbaycan ərazisində Qaradağlı adlı kənd qeydə alınmamışdır.

İsa Musayev

Oxşar xəbərlər