27.07.2024, 13:21
AZ EN
02.06.2023, 13:57 265

Samir Hümbətov: “Makronun iştirakı ciddi nəticələrə nail olunmayacağı qənaətini yaratdı”

YAZILAR
  • Politoloq Samir Hümbətov “Vetensesi”nin sualını cavablandırıb.

-Samir müəllim,  məlum olduğu kimi, tərəflərin Moskva görüşündə heç bir razılığa gəlinmədi. Dünən isə gözlər Moldovaya dikilmişdi. Moldovanın paytaxtı Kişinyovda keçirilən görüşün nəticələri diqqət mərkəzində idi.

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlhsm Əliyev, Ermənistannın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti  Şarl Mişel  və Almaniya Kansleri Olaf Şolts ilə görüş keçirildi. Bu görüşdə hansı məsələlər müzakirə olundu. Hansı razılıq əldə edildi və ümumiyyətlə, Bakının bu görüşdən hansı gözləntiləri var idi?

-Qeyd edim ki, 1 iyunda Moldovada keçirilən görüşdə, təbii ki, Azərbaycanın istəkləri ondan ibarət idi ki, sülh danışıqları prosesi sürətlənsin. Amma biz görüşdən sonra yəni Fransa, Almaniya, Azərbaycan, Ermənistan və Avriopa İttifaqı Şurası liderlərinin görüşündən sonra, yəni beşlik görüşdən sonra  Şarl Mişelin mətbuata verdiyi açıqlamalardan belə başa düşdük ki, orada ciddi bir qərar qəbul edilməyib. Danışıqlar aparılıb, müzakirələr olunub, amma  ciddi bir qərar qəbul edilməyib. Lakin onu da vurğulayaq ki, sülh danışıqları prosesində müəyyən bir irəliləmənin olduğu da hissi olunmaqdadır. Çünki bu Şarl Mişelin  ritorikasından da  hiss edilməkdə idi. Hesab edirəm ki, danışıqlar predmeti təbii ki, münasibətlərin normallaşması, qarşıda olan çətinliklərin aradan qaldılrılması və sülh danışıqları prosesinin daha da sürətləndirilməsinə hesablanmışdı. Amma düzünü desəm, bu görüşdən mən ciddi bir nəticə gözləmirdim. Çünki burada Fransa prezidenti Makronun iştirakı məndə bu qənaəti yatarmışdı. Ona görə ki, bu təcrübədə də artıq  bizə məlumdur ki, Birinci Sammitdə də Makron iştirak etmişdi və ondan sonra yenidən münasibətləri korlanmış hal yaratdı. Ona görə də  burdan ciddi bir nəticə gözləmirdim. Lakin hər halda, ümumi olaraq götürdükdə, Azərbaycanın əli möhkəm idi bu görüşdə. Çünki Azərbaycan artıq özünün ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Laçın dəhlizində Laçın yolu üzərində artıq nəzarət-buraxılış məntəqəsi var və bu, əslində belə deyək, bizim əlimizi gücləndirən məsələ idi. O baxımdan düşünürəm ki, dünən bir yöndə reallaşan görüşdə əsas müzakirə predmeti digər xırda məsələlər ki, var, məsələn, Paşinyan deyirdi ki, 1975-ci illər xəritələri ilə, biz onunla razı deyildik və s.bu kimi məsələlərin müzakirəsi. Təbii ki, bizim  anklav bölgələr Ermənistan ərazisində anklav bölgə kimi qalıbdı. Bunların Azərbaycana qaytarılması məsələsi var, bunların müzakirəsi, yəni Qazaxın 7 kəndi,  1 kənd də Naxçınavdan. Eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələləri var gündəmdə. Bu məsələlər müzakirə olunub. Dəmir yolunun ilk öncə işə düşməsi, daha sonra isə şose yolunun çəkilməsi məsələsidi, yəni bu məsələlərin müzakirəsidir.Səhədlərin delimitasiya, demarkasiya işlərinin aparılmasıdı, yəni bunların hamısı qarşıda duran əsas çətinliklərdir. Çünki  Paşinyan təkcə buna razılıq verməklə deyil,  əhalini buna tam hazırlamalıdır. O baxımdan düşünürəm ki, keçirilən görüşdə bu məsələlər müzakirə olunub. İndi burda  hansı yekun qərar qəbul edilib, hələ ki, onunla bağlı tam dəqiq detallar yoxdu. Amma görsənən ondan ibarətdir ki, bir razılaşma olsaydı onu, media ilə müəyyən bir paylaşma olardı, olmayıbsa, deməli, müzakirə gedib, amma hələ ki, son qərar qəbul edilməyib.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər