15.09.2025, 22:51
AZ EN
02.09.2025, 10:56 221

Çin də Zəngəzur məsələsində ABŞ-la eyni mövqedən çıxş etsə...

YAZILAR
  • "ABŞ Hindistanı Çinə qarşı fəal hökmranlıq trayektoriyasına salmağa çalışır.  Rusiya da bu amildən öz xeyrinə istifadə etmək siyasəti yürüdür. Çin daxili firavanlığa yönəlik siyasətini gücləndirməsə, onun beynəlxalq təsirlərinin saxlanılmasına problemlər yaranacaq”.

"Vətən səsi" xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.  Ekspert hesab edir ki, beynəlq aləmdə baş verənlərin fonunda strateji hüdudların yeni dizaynı qaçılmaz olacaq və belə olan halda İkinci Dünya müharibəsindən sonra formalaşmış münasibətlər sisteminə meydan oxuyacaq fərqli tərzlər ortaya çıxacaq: "Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi landşaftın dəyişdirilməsi, 12 günlük İsrail-İran müharibəsinin çox geniş geostrateji konteksti perspektiv üçün həmin münasibətlərə dair təsəvvürlərin yaradılmasına doğru gedişlərdir. Azərbaycan bu gedişləri Ermənistanla münasibətlər kontekstində regional müharibəyə çevirmək istəməyərək daha fərqli dizayna üstünlük verdi. Bakı Zəngəzur dəhlizinin kontekstini ABŞ ilə uyğunlaşdıran strategiyanı önə çıxardı. Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərə xüsusi önəm verməsi qlobal və regional qeyri-müəyyənliklərin, eyni zamanda ABŞ-la Rusiyanın dünya birincliyi uğrundakı savaşdan məğlub çıxmaq ehtimallarına verilən strateji reaksiyanı ölçür. Buna görə də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi Pekinin dünyadakı gələcək statusu ilə Bakının Zəngəzur dəhlizi fonunda əldə etdiyi üstün imtiyazları ilə uyğunlaşdırılır”.

Siyasi təhlilçi hesab edir ki, Çin Zəngəzur dəhlizində ABŞ-ın üstün görünən mövqelərinə qarşı rəqabət apara bilər, lakin heç bir halda bunu Azərbaycan əleyhinə yönəldən xəttə girməkdə maraqlı olmayacaq. Onun sözlərinə görə, Azərbaycan üçün Çinlə əməkdaşlıq Hindistanın da Cənubi Qafqazda Ermənistan hərbi dəstəyi nəzərdə tutan artan fəallığına qarşı balans yaradır: "ABŞ-la Çin arasında tarif müharibələrinə son qoyulmasına dair danışıqlar gedir. Ehtimal ki, prosesin bir ayağı Vaşinqtonla Pekinin gələcəkdə Zəngəzur dəhlizindəki əməkdaşlığına gətirib çıxaracaq. Yəni Zəngəzur dəhlizi gələcək ABŞ-Çin əməkdaşlığının iqtisadi tərəflərini stimullaşdıran amil kimi çıxış edir və Hindistan-İran əlaqələri bunun qarşısında sönük vəziyyətə düşür. Ehtimalla Çinin misli görünməmiş yüksəlişi onun Tayvana müdaxiləsindən sonra baş tutacaq. Əgər Tayvana müdaxilə reallaşsa, bu, Bakı ilə Pekin arasındakı hüquq-müqavilə bazası əsasında dərin strateji əməkdaşlıq formatlarına yol açacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər