Müəllif yazır: "Bütün bunlara baxmayaraq Babayan incimiş müşahidəçi durumunda hadisələrin gedişini izləmək fikrində deyil. O, bununla bağlı açıqlama verib və deyib ki, xalq öz sözünü deməlidir. Bununla o, sabiq "prezidentlər" Bako Sahaktanın, Arkadi Qukasyanın və Araik Harutyunyanın yenidən seçilməsinin əleyhdarı olduğunu da diqqətə çatdırıb. Samvel Babayan yaxşı anlayır ki, bu onun son şansıdır. O yaxın ətrafına deyib ki, hakimiyyəti ələ ala bilməsə, anasının qəbrini götürüb "arsaxı" tərk edəcək".
Müəllif onu da qeyd edib ki, Samvel Babayanın müttəfiqləri də var. Onlar Xankəndidə hətta silahlı qarşıdurma yaratmaq iqtidarındadırlar. Bu isə Azərbaycan üçün sərfəlidir. "Azərbaycan xaosdan bəhrələnərək öz xüsusi təyinatlılarının "arsaxa" yeridə bilər", - deyə müəllif vurğulayıb.
Nəsib Qaramanlı