Beynəlxalq hüquqa məhəl qoymayan Fransa öz müstəmləkə neokolonisiya siyasətini bu dəfə frankofoniya adı ilə gerçəkləşdirməyə çalışır. Özü də fransızdilli ölkələrin təşkilatı olsa da Ermənisanı bura calayaraq öz mənfur niyyətlərini indi də Cənubi Qafqaza daşımaq fikrindədir. Makronun başqa yolu da yoxdur. Qovulduğu Afrikada mövcudluğunu gah “antiterror” tədbirləri ilə, bu alınmadıqda isə saxta frankofoniya tədbirləri ilə qorumağa səy göstərir. Bir sözlə, Fransa hər yola əl atır ki, imperialist planlarını həyata keçirsin. Burda isə onun əsas “silahı” qeyd etdiyimiz bu təşkilat, frankofoniyadır. Sözügedən qurum bilavasitə suverenliyi məhdud olan ölkələrin Fransanın başçılığı altında “birləşməsi” və Parisdən əmrlər alması ilə formalaşır. İndi isə Azərbaycanın yer aldığı platformalara, konkret olaraq SPECA-ya nəzər yetirək. Frankofoniyadan fərqli olaraq bu təşkilat bərabərhüquqlu münasibətlərə və ölkələrin sülh naminə bir-biri ilə əməkdaşlığa əsaslanır.
Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Real” TV-yə açıqlamasında bildirib: “Söhbət SPECA-da davamlı inkişaf fonunda ölkələr arasında Mərkəzi Asiya və Qafqaz, eyni zamanda Avrsiyanın orta xəttində münbit bir şəraitin yaradılmasından gedirsə, əgər SPECA-da əsas məqsəd xalqların və mədəniyyətlərin humanitar əlaqələrin, iqtisadi əlaqələrin, kommunikasiyaların sistemli şəkildə, gələcəyə davamlı şəkildə çatdırılmasından gedirsə, frankofoniyda məqsəd fransız svilizasiyasının, fransız xalqının maraqlarının Afrikada qorunması və Afrika ölkələrinə həmin o fransız dilini sırımaq, fransız mədəniyyətini sırımaq və həmin ölkələrin müstəqil şəkildə fəaliyyət göstərməsinə, müstəqil şəkildə xarici siyasətlə bağlı, daxili siyasətlə bağlı qərar verməsinə qarşı çıxmaq. Əgər frankofoniya ilə bağlı məsələ belə olmasaydı, biz bir çox ölkələrin, artıq Afrika ölkələrinin, hansı ki, yuxudan oyanıblar, BMT-nin ofisində Qoşulmama Hərakatında, Qoşulmama Hərəkatının Bakı toplantılarında tammilə haqlı şəkildə polislə bağlı düşündüklərini, dediklərini görməzmi”.
Frankofoniyanın tədbirlərini İrəvanda keçirməklə onu himayə etdiyini diqqətə çatdıran Yenisey bu dəstəyini işğalçı ölkəni silahlandırmaqla davam etdirir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra nədənsə bu dəstək birə on artıb. Ermənistanı Fransa istehsalı olan silahlarla silahlandırmaq İrəvandakı səfirliyinə hərbi attaşe təyin etmək Parisin İrəvana yiyəlik etməsinin bariz nümunəsidir. Beləliklə, Makronun Cənubi Qafqazda yürütdüyü avantürüst siyasət bir tərəfdən Ermənistanı Rusiyasızlaşdırmaq məqsədi güdürsə, digər tərəfdən də rəsmi Bakıya qarşı yönəlib.
“Azərbaycan Prezidenti hələ 2009-cu ildə Obama timsalında, Bin Klonton timsalında, həm də bu gün Emmanuel Makron nümunəsində sübut etmiş oldu ki, Azərbaycana nəyisə diqtə etmək, Azərbaycana nəyisə istiqamətləndirmək mümkün deyil. Bu gün artıq dünya ekspertləri tərəfindən vurğulanır ki, E.Makron hansı ki, 44 günlük müharibədən sonra bir neçə dəfə danışıqlarda iştirak edib və həmin o danışıqlarda onun yox, Azərbaycanın şərtləri qəbul edilib. Makron başqa cür hadisələrin davam edəcəyini düşünür. Makron onu düşünürdü ki, onun bildikləri və qurduğu tələ Azərbaycana qarşı reallaşacaq. Halbu ki, sonrakı hadisələr göstərdi ki, Azərbaycan elə başda Fransa olmaqla, Qərbdəki həmin o dairələri şah və mat edərək bayrağımızı Xankəndi şəhərinin mərkəzindən asdı, Xocalıda asdı və bununla da əslində onlara yaxşı bir sillə zərbəsi endirərək sübut etdi ki, strateji düşünmə, gələcəyə dair sağlam baxış və öz xalqının maraqlarını qorumaq nədən ibarət olacaq”.
Yelisey Sarayı hərbi yardım sponsorluğu ilə əslində Ermənistana kömək etmir, əksinə işğalçı düşüncəsindən xilas ola bilməyən erməniləri yeni təhlükəyə sürükləyir. Beləliklə də Fransanın forpostuna çevrilən İrəvan Cəbuni Qafqazda təklənərək etibarını itirmiş ölkəyə çevrilir. O ki, qaldı Makron hakimiyyətinə, Əlcəzairdən nigerdən, Malidən qovulduğu kimi, onu Cənubi Qafqazda da eyni aqibət gözləyir.
Tahirə AĞAMİRZƏ