21.11.2024, 16:53
AZ EN
02.03.2023, 13:05 318

Fransanın cinayətləri baş alıb gedir

YAZILAR

Özlərini dünyaya “kübar” kimi təqdim edən “mədəni” fransızların, əslində, gizlətdikləri  bəşəri cinayətlərini üst-üstə yığsaq, bəlkə də, nə filmlərə sığar, nə kitablara... Fransızlar əsrlər boyu müharibə cinayətləri törədib və onları gizlədib. Bir neçə ay bundan əvvəl xəbər saytlarında məqalələr çıxmağa başladı. Mali hökuməti Fransa ilə müdafiə müqavilələrini pozduğunu elan etdi. İndi sual oluna bilər. Uzaq Afrikada baş verənlər niyə önəmli olsun? Amma yox, məsələ kifayət qədər ciddidir. Fransızlar, təxminən 1880-ci illərdə Maliyə gəliblər. Uzun sürən müharibə və soyqırımları nəticəsində Mali, fransız Sudanı adı altında fransız, Qərbi Afrikasının bir hissəsi olub. Əsrlər boyu Afrikanın 20-dən çox ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti İkinsi Dünya Müharibəsindən sonra iflasa uğradı. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokalizm üsul-idarəsini seçdi. Afika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni  metodlara əl atdılar: həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq və öz qoşunlarını “sülhməramlı”  missiya adı ilə yerləşdirmək.

Hazırda Fransa, Afrika, xüsusən, sahil regionu ölkələrinin əksəriyyətində siyasi, iqtisadi, mədəni sahələrdə təsirini artırır. “Qırmızı dənizdə” mövqeyini qorumaq üçün Cibutidə, habelə, sahil regionunun Çart, Mali, Qabidən tutmuş Sneqala qədər  uzanan ərazidə hərbi bazalarını qoruyub saxlayır.

Əsrlər boyu fransızları rifah içində yaşadaraq,  özləri səfalətə və aclığa məhkum olmuş  Afrika xalqları bu  faktın qarşısında təəssüf ki, bu gün də acizdir. Fransanın Afrikada apardığı siyasət iki amilə söykənir: əvvala, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlar  seçilir və onlar frankofon adlanır, hətta beynəlxalq frankofon təşkilatı kimi də  bir təsir vasitəsi yaradılıb. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda Mərakeş, Əlcəzair və Maviritaniyada da bu metodlar öz “bəhrəsini” verib.

Sual yaranır ki, Malidəki cinayətlər haqqındakı məlumatlar niyə yalnız indi ortaya çıxır? Məntiq var. Elə ona görə də Emmanuel Makron seçki kompaniyası zamanı mənfi xarici siyasət fonuna ehtiyac duymadı. Ölkəmizlə uzun müddətli əməkdaşlıq edən ölkə birdən-bir Qarabağın işğaldan azad olunmasından sonra  kartları açmağa məcbur qaldı. Bu hadisələr bir daha sübut edir ki, Fransa böyük dövlət rolunu itirə-itirə gedir.  Təbii ki, bunun əsasında ilk növbədə müsəlman dünyasına  nifrət dayanır. İmperiya və  qüdrətli dövlət olduğu dövrdə  Afrika və Asiyanın müsəlman ölkərində qul alveri ilə məşğul olmuş fransa artıq həmin ərazilərdə mövqelərini itirib. Bunların nəticəsidir ki, rəsmi Paris artıq müstəqil olan  həmin ölkələrlə bərabər  hüquqlu davranış üçün  özündə güc tapmır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər