27.07.2024, 13:57
AZ EN
29.08.2023, 10:55 276

Fransızların “yardım” şousu və Vardanyanın tələsik sevinci

YAZILAR
  • Fransa Azərbaycanın icazəsi olmadan Qarabağa hava dəhlizi açmağa hazırlaşır. Lixtenşteyn şahzadəsi Maykl missiyaya rəhbərlik etməyə hazır olduğunu bildirib.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb. Bildirilir ki, Qarabağda yaşayan erməni əsilli sakinlərə “humanitar yardımların daşınması üçün hava dəhlizinin açılmasına bəzi ölkələrin indiki və keçmiş dövlət başçıları da dəstək verəcək. İddialara görə missiya Qarabağda yaşayan 120 min insanın, o cümlədən 30 min uşağın qida, dərman və həyati əhəmiyyətli digər mallara olan tələbəatını ödəmək üçün yük gətirməyə hazırdır.

2022-ci ilin sentyabrında Rusiya vətəndaşı kimi qanunsuz şəkildə Qarabağa gələn və az sonra Xankəndindəki separatçı rejimin keçmiş qondarma “dövlət naziri” vəzifəsinə “təyin” olunan Ruben Vardanyan isə Fransanın bu təşəbbüsünü sevincək qarşılayıb. O, özünün teleqram kanalında fransızların bu sərsəm təşəbbüsünə sadəlovh uşaq kimi, həm də tələsik reaksiya verib: “Lixtenşteyn şahzadəsi Mixael mühasirədə olan Artsaxa humanitar yardımın hava karvanına rəhbərlik etməyə və humanitar yardım aparan təyyarədə olmağa hazır olduğunu bildirdi. Humanitar tərəfdaşımız, İsveçrənin “Impact Investing Solutions” şirkəti də özünün internet səhifəsində bununla bağlı press-reliz yayıb”.

Ekspertlər isə bildirirlər ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsinə nə hava, nə də quru yolla yük daşıması mümkün deyil. O da qeyd olunur ki, Fransanın hava yolu ilə Qarabağa “humanitar yük” göndərməyə hazırlaşması barədə məlumatlar həqiqəti əks etdirmir və bu, Vardanyanın bilərəkdən uydurduğu növbəti yalanlardan biridir.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda məskunlaşan erməni əsilli sakinlərə 40 ton un göndərib. Humanitar yardım karvanı bu gün səhər saatlarından Bakıdan yola düşüb.

Elxan SALAHOV

Oxşar xəbərlər