“Aydındır ki, revanşist meyillər ilə Ermənistan regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Amma Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzlamaqla yeni səhifəni açmaqdır”.
Millət vəkili daha sonra əlavə edib ki, Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. Ötən il işğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib. 2022-2026-ci illərdə isə işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub:”Qarabağda ərazilərin 15.0 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qaydışın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar”,-deyə o vurğulayıb
Tahirə AĞAMİRZƏ