Məsələni şərh edən Sosial tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, dünyada qlobal çağırışlar fonunda təhdidlərin artması, dövlətlərin strateji düşüncəsində buraxdığı nöqsanlar, o cümlədən trendləri düzgün müəyyənləşdirməmək nəticədə ölkəni etirazlar poliqonuna çevirmək etimadını yüksəldir: “Məhz bu səbəbdən ölkənin xarici təsirlərdən qorumaq üçün dövlətin atdığı proqmatiq addımlar artıq zamanı keşmiş bir addım kimi dəyərləndirilir və eyni zamanda getdikcə şiddətli xarakter alır”.
Politoloq qeyd edib ki, Gürcüstana xarici təsirlərin azaldılması istiqamətində qanun layihəsi çox böyük rezonansa səbəb oldu: “Bu səbəbdən Qərbin 20 il əvvəl ssenariləşdirdiyi və Gürcüstanda səhnəyə qoyduğu bu maraqları, ideyaları təsir etməklə, daha da dərin kök salmaq niyyətləri bu gün özünü çox aydın şəkildə büruzə verir. Eyni zamanda. Gürcüstanda baş verən proseslər həm də Azərbaycanda baş verən qanunvericilik sistemində yeniliklər və xarici təsirlərdən azalmaq üçün Azərbaycan atdığı praktiki addımları da göz önünə gətirir. Azərbaycan qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin xaricdən maliyyələşdirilməsi donor təşkilatlardan dəstək alması ilə bağlı çox şəffaf bir siyasət həyata keçirir. Bununla həm nəzarəti əlində saxlamaqla, həm də heç bir məhdudlaşdırıcı qadağanedici tədbirlər həyata keçirilmədi”.
Sektor müdiri daha sonra bildirib ki, son dövrlər media haqqında qanun və siyasi partiyalar haqda da bunu görmək olar. Bütün bunlar onu göstərir ki, Azərbaycan praqmatiq addımları dünyada baş verən prosesləri düzgün analiz etmək, nəticə çıxarmaq qabiliyyəti özünü ən yüksək səviyyədə büruzə verir.
“Gürcüstanda isə baş verən proseslər məhz trendlərlə uyğun ayaqlaşmamaq, uyğun siyasi xətt götürməmək və ölkəni, heç bir fərqi yoxdur, Brüsseldən, Vaşinqtondan, Moskvadan təsirlərini dağıtmaq yönündə atdığı addımlar çox pis nəticələr verir”,-deyə politoloq vurğulayıb.
İ.Hüseynov daha sonra bildirib ki, hazırda Azərbaycan çox praqmatiq, daxili qanunvericiliyini, yurudiksiyasını sağlam şəkildə formalaşdıran və xarici təsirlərin azaldılmasına səbəb olan, amma heç bir məhdudlaşdırıcı tədbir görməyən siyasi xətti götürdü və zaman da göstərir ki, bu siyasi xətt çox uğurludur.İndi də öz praktiki nəticələrini verir: “Qeyri-kökumət təkşilatları, ictimai birliklər sektorunda bu gün həyata keçirilən fəaliyyət həm də xarici ölkələrlə müqayisədə uğurludur və xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutu dövlət və milli maraqlarnın keşiyində də durur. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ötən ilin dekabrından həyata keçirilən dinc aksiyalar isə həm də onu göstərir ki, Vətəndaş Cəmiyyəti dövlətin siyasi kursu ilə ayaqlaşa bilir, bütünləşir və milli maraqlarımızın keşiyində dayanır. Bununla da xarici tətidlərinn azalmasına xidmət edir”, -deyə sekror müdiri bilriib.
Hazırda qlobal miqyasda gərginliyin artması, böyük ölkələrin kiçik ölkələrə təzyiqlərinin artdığı bir şəraitdə sabitliyin qorunması, milli maraqların effektiv müdafiəsi ümdə vəzifəyə çevrilib.
Tahirə AĞAMİRZƏ