Bütün dünyanın diqqəti mayın 14-də Türkiyədə keçiriləcək Prezident seçkilərinə yönəlib. Gərgin anlar yaşanmaqdadır. Bununla bağlı politoloq İlyas Hüseynov “Kanal 13”ə açıqlama verib. O, bildirib ki, Türkiyədə keçiriləcək seçkilər bir sıra güc mərkəzlərini, dövlətləri, beynəlxalq təşkilatları ciddi maraqlandırır, diqqət mərkəzi bu gün Türkiyədə keçiriləcək seçkilərə yönəlib: “Eyni zamanda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi və əgər seçilərsə, hansı səs faizi ilə qalib gəlməsi, birinci və ikinci turda da bu hadisənin baş verməsi ciddi müzakirə mövzusudur. Əgər seçkilərə 4 namizəd daxil olurdusa, artıq bu namizədlərdən biri Məhərrəm İncə namizədliyini geri götürdü. Xüsusilə vurğulamaq lazımdır ki, R.T.Ərdoğanın prezident seçilməsi ilə bağlı artıq güc mərkəzləri də bir mübarizəyə qalxıblar. Rusiya, İran, Çin kimi dövlətlər Ərdoğanı dəstəkləyir. Ərdoğanın və onun ətrafında olan komandanın hazırda Türkiyədə prezident seçkilərində qalib gəlmək üçün real şansı var. Lakin müxtəlif media manipulyasiyaları, sosioloji sorğular, kənar təzyiqlər seçkilərə müdaxilə elementləri artıq açıq-aydın şəkildə özünü göstərir. Türkiyə Prezidentinin müstəqil xarici siyasət yürütməsi, texnika və texnologiya, süni intellekt sahəsində əldə etdiyi uğurlar, müxtəlif innovasiyalar, yeni yanaşmalar, dövrün, zamanın çağdaş çağırışlara cavab verən bir sıra mühüm məsələlərdə irəlidə olması, əlbəttə ki, Türkiyənin hazırkı siyasi iqtidarının uğurları sırasındadır. Burada “Anadolu” gəmisini, “Tok” elektrik avtomiobilini, “Qızıl Əlma”, “Bayraktar Akınçı”nı, qeyd edə bilərik və “Bayraktar TB 2”, heç şübhəsiz ki, dünyanın hərb sahəsində çevriliş edən bir ixtiradır və hazırda Türkiyənin təhlükəsizliyinin təmin olunmasında “Bayraktar”ın önəmli xidmətləri vardır”.
Politoloq daha sonra xatırladıb ki, “Bayraktar” PUA-ları həm də Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasında çox əhəmiyyətli fayda vermişdi və bütün bunlar həm də Türkiyə-Azərbaycan münasibətlərinə koalisiya olunanda. Qeyd edə bilərik ki, Azərbaycan ictimaiyyəti də məhz Ərdoğanın yanındadır: “Ərdoğanın prezident seçilməsini Azərbaycanda böyük kəsim istəyir. Bu xüsusda da Azərbaycanda keçirilən sorğular, küçə sorğuları, müxtəlif ictimai anketlər, “Teleqram”da keçirilən anonim sorğular və s. təsdiqləyir. Bu gün Ərdoğanı Azərbaycanda sevməyən çox az adam tapılar. Çünki Vətən müharibəsinin gedişində Ərdoğanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər zaman bizim xalqımızın yaddaşında iz salıb və Ərdoğan buna görə xalqımızın qəlbində yaşayır və yaşayacaqdır. Eyni zamanda müharibə ilə yanaşı, post-müharibə vaxtlarında da Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda yardımçı olmuşdur. Cənab Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan sıx dostluq münasibətləri, həm də dövlətlərarası münasibətlər və eləcə də xalqların öz əlaqələrinə təsir eləyir. İşğaldan azad olunmuş Şuşa şəhərində 2021-ci ilin 15 iyun tarixində izmalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərini hərbi müttəfiqlik səviyyəsinə qaldırdı və bu gün Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin təhlükəsizliyinin qarantıdır və necə ki, vaxtilə Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyini təmin edirdi, həmən Qars müqaviləsinə Şuşa Bəyannaməsi də istinad olunur və burada artıq böyük bir coğrafiyada dövlətlər öz hərbi gücü ilə, hərbi potensialı ilə bir-birinin yanındadır. Unutmayaq ki, Türkiyənin ordusu, NATO-da ikinci böyük ordudur və Türkiyə-Azərbaycan hərbi tərəfdaşlığı kənar təhdidlərin bizim regiona müdaxilə etməsinin qarşısını alır, bunu önləyir ki, bu da çox önəmli bir xüsusdur. Çünki hazırda həm də təhlükəsizlik aspektinə söykənir. Burada millətlərin özünün də faktoru vardır. Sonuncu TEXNOFEST festivalında cənab Prezident İlham Əliyev “Bir millət, iki dövlət”,, “Bir yumruq” tezisinin irəli sürdü. Bilirsiniz ki, “Bir millət-İki dövlət” Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən ideoloji yanaşmadır. Ötən dövr ərzində bu ideologiya həm də dövlətlərarası münasibətləri möhkəmləndirməyə xidmət edirdi. Artıq Bir “Yumruq”uq biz. Artıq bir sıra məsələlərdə siyasi iradənin, qətiyyətin, prinsipiallığı görünür. Xarici siyasətlə bağlı məsləhətləşmələr, mütəmadi xarakter daşıyır və təhdidlər yaranırsa, burada da artıq Türkiyə ilə Azərbaycan birgə hərəkət edir.
Ümid edirik ki, Tükkiyədə mayın 14-də keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğan qalib gələcək və Türkiyə Azərbaycan münasibətləri daha böyük uğurlara birgə imza atacaqlar”, - deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ