Ermənistanın illərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti regional layihələrindən kənar düşməsinə səbəb olub. Həm enerji, həm də nəqliyyat layihələrində ilk şans Ermənistana “Əsrin müqaviləsi” imzalanarkən verilmişdir. Hansı ki, bu şans sayəsində regional layihələrə ortaq olmaqdan trazit gəlirlər əldə edə bilərdi.
Politoloq Xalid Kərimli İctimai Televiziyaya açıqlamasında bildirib ki, əgər Ermənistan Azərbaycanla, Gürcüstan-Azərbaycan münasibətləri eyni olsaydı, biz Bakı-Tbilisi-Ceyhan yox, Bakı-Naxçıvan-Ceyhan neft kəməri cəkəcəydik: “Elə Ermənistanın üzərindən keçməklə keçirilən bu layihə daha qısa məsafəydi. Həm Bakı-Ceyhanın, həm də TANAP-TAP layihəsinin Ermənistan tərəfindən Türkiyəyə keçməsi, Avropaya keçməsi ən qısa yol idi. Azərbaycanın maraqlarına, Ermənistanın maraqlarına və layihənin sahiblərinə investorlar üçün ən maraqlı variantlar idi”.
Lakin haqsız davanı daha üstün tutdu. Nəticədə itirən tərəf də elə Ermənistan oldu. İndi isə ölkələr arasında sülh üçün növbəti bir əlverişli məqam var. Hansı ki, sülh bu dəfə nəqliyyat layihələrinə ortaq olmaq imkanı yaradır. Amma Ermənistan 10 noyabrı bəyanatında imza atmaqla razılaşdığı Zəngəzur dəhlizinin açılmasını indi hər vəchlə müxtəlif bəhanələrlə yubadır.
“Bunu əsaslandırmaq üçün Ermənistan tərəfindən, eyni zamanda təhrikçi qüvvələr tərəfindən müxtəlif bəhanələr ortaya gətirilir və Azərbaycanın guya Ermənistana hücum etmək niyyətində olduğunu və Zəngəzur dəhlizinin keçəcəyi ərazini ələ keçirmək niyətində olduğu barədə müddəalar irəli sürürlər. Əslində Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn və 44 günlük müharibənin nəticələrinin kapituliasiya aktının əsas şərtlərindən biridir”. Bunu isə Politoloq Elçin Mirzəbəyli isə məsələyə münasibət bildirərkən qeyd edib.
Təbii ki, alternativ yol hər zaman var. Enerji layihələrində olduğu kimi, sözügedən yol isə İran vasitəsilə Naxçıvanla bağlantısının qurulmasıdır. Bu bağlantıda Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə mümkün olacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ