21.11.2024, 15:48
AZ EN
14.04.2023, 09:22 278

Fransanın bəyanatları bölgədə möhkəm sülhə mane olur

YAZILAR
  • Maraqlıdır ki, insident Ermənistanın təxribatı nəticəsində baş versə də, Fransa Azərbaycana ünvanlı mesajlar verir. “böyük bacı” bu dəfə də şakərindən geri qala bilməyib. Lakin bəyanatında Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Fransa nədənsə, ATƏT-in Minsk qrupunda həmsədr olduğu illərdə Azərbaycanın ərazi bütövlüyü haqda bir dəfə də olsun  bəyanat verməyib.

“böyük bacı” hazırda erməni əsrliyində olan  əsgərlərimizə dünyanın gözü qarşısında veilən işgəncələrə də  susmağı tərcih edir. Təbii ki, bunu Fransadan gözləmək də məntiqsizdir.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva məsələ ilə bağlı AZ TV-yə müsahibəsində bildirib ki, bu bəyanatlar ilk növbədə absurd bəyanatlardır: ”Çünki sonuncu bəyanatda qeyd olunduğu kimi, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıması, hələ Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistandan çıxarılması fikrini bəyanatında səsləndirməsi heç bir həqiqəti əks etdirmir. Əksinə, biz Fransadan və ya hər hansı başqa bir dövlətdən bəyanat gözləyiriksə, bu tamamilə əks, həm leksik nöqtey-nəzərdən, həm də məntiqli olmalıdır. Çünki bu gün ermənilərin Azərbaycanın ərazilərindən çıxarılmasını tələb etmək lazımdır. Bu gün Ermənistanın Azərbaycanın ərazi bütövlyünü tanıması lazımdır. Xüsusilə qeyd edək ki, bu bəyanat dərhal, Ermənistan tərəfin, Ermənistanın törətdiyi təxribatdan dərhal sonra səsləndirilib.

“Proses və insident, təxribat Ermənistan tərəfindən törədildiyi halda, Ermənistanın mövqelərinin müdafiə olunması ilə bağlı konkret fikirlər səsləndirilərək, guya bu hadisənin Ermənistanın ərazisində baş verdiyini idia edir”. Bu ifadələr isə politoloq Elçin Mərzəbəyliyə məxsusdur. O, bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, bəyanatda bir neçə ziddiyyətli fikirlər yer alıb: “Ziddiyyətli fikirlərdən biri də ondan ibarətdir ki, Fransa artıq delimityasiya prosesinə çağırılır. Bu artıq o deməkdir ki, sərhədlər müəyyələşməyib.  Əgər sərhədlər müəyyənləşməyibsə, o zaman hansı ərazidən söhbət gedir və Fransa bunu hansı xəritələrə uyğun olaraq Ermənistanın ərazisi kimi müəyyənləşdirib? Bəlkə, mifik Ermənistan ərazisi və ya Napelonun mifik xəritələrindən götürülən bir ərazi anlayışı olaraq gətirilib ortalığa”,- deyə politoloq vurğulayıb.

Əslində, demokratiya bayrağı arxasında min cür oyunlardan çıxan Makron hakimiyyətindən ədalətli davranış gözləməyin özü də absurtdur. Çünki özünün koloniyasına çevirdiyi Korsika və Yeni Kalidoniyada da insanları qanla susduran elə həmin Paris hakimiyyətidir.

Hazırda Azərbaycana açıq düşmənçilik münasibəti sərgiləyən Fransa Ermənistan lobbisinin ciddi təsiri altındadır. Fransa hökuməti və şəxsən prezident Makron  ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə olduğu kimi,  bu gün də terrorçu ölkəyə siyasi, iqtisadi və hərbi dəstək verir.Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın məlum byanatına etiraz edib və qətiyyətlə bildirib ki, Fransa Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bəyanatlardan çəkilməlidir. Bu, regonda möhkəm sülhün yaranmasına maneə olur.  

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər