23.01.2026, 21:24
AZ EN
05.01.2026, 12:28 225

Venesueladakı siyasi gərginlik və neft bazarına mümkün təsirləri: strateji təhlil

YAZILAR
  • Prezident Nikolas Maduronun tutulması yalnız Venesuelanın daxili siyasi həyatı üçün deyil, həm də qlobal enerji bazarları üçün diqqətçəkən hadisəyə çevrilib. Dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına sahib olan Venesuelada baş verən istənilən siyasi dəyişiklik birbaşa investorların marağına səbəb olur. Bu da səbəbsiz deyil: strateji məhsul olan neftin qiyməti həm qlobal iqtisadi proseslərə, həm də ölkələrin daxili büdcələrinə mühüm təsir göstərir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bu mövzuda bir neçə ssenari üzrə təhlil təqdim edir.

Nümunə kimi İraq göstərilir: ABŞ investisiyalarından sonra bu ölkə hasilatını əhəmiyyətli şəkildə artıraraq, hazırda dünya üzrə neft ixracatının 8%-ni təşkil edir. Belə bir ssenaridə Venesuela nefti də bazara daha çox həcmdə daxil ola və nəticədə təklif artımı qiymətlərin enməsi ilə nəticələnə bilər.

Lakin bu prosesin qısa müddətdə baş verəcəyi real görünmür. Çünki Venesuelanın neft infrastrukturunun yenilənməsi təkcə vəsait deyil, həm də zaman tələb edir. Bu isə təbii ki, bazara təsirin mərhələli şəkildə baş verəcəyini göstərir.

Digər mümkün ssenari isə Venesuelada siyasi xaosun dərinləşməsidir. Bu halda ölkənin hasilat və ixrac imkanları daha da məhdudlaşa bilər. Amma Vüqar Bayramov qeyd edir ki, Venesuelanın hazırkı ixrac səviyyəsi o qədər də yüksək olmadığından, bu tip geriləmələr də neftin qiymətində ciddi artıma səbəb olmayacaq.

Bütün bu təhlillər onu göstərir ki, Maduronun tutulması və ölkədə baş verən siyasi dəyişikliklər qısa müddətdə neft bazarına ciddi təsir göstərməsə də, orta və uzunmüddətli perspektivdə qiymətlərin aşağı yönlü dəyişməsi istisna edilmir. Bu isə neftdən asılılığın azaldılması, iqtisadiyyatın diversifikasiyası prosesinin nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər