19.04.2024, 11:58
AZ EN
06.03.2023, 13:14 374

Samir Hümbətov: “Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlmək şansı daha böyükdür”

YAZILAR
  • MBT-də islahatların aparılmasının vacibliyini tez-tez dilə gətirən liderlərdən biri də Türkiyə Prezidendi Təcəb Tayyib Ərdoğandır. Türkiyə müxalifəti 14 may seçkisində onun qarşısına kimi çıxarmağı müəyyənləşdirməli idi, lakin alınmadı. Əksinə, özü parçalandı. Türkiyə müxalifətinin "Altılı masa" adlanan formatının iflası dünya mediasında da müzakirə edilən əsas hadisələrdən biri oldu. Elə sosial şəbəkənin Azərbaycan seqmetində də.

“Türkiyədə keçiriləcək prezident seçkisində Rəcəp Tayyip Ərdoğanın şansları daha da çoxdur. Böyük ehtimalla birinci turda məsələ həll olunacaq. Amma forsmajor vəziyyət yaransa və ikinci tura ehtiyac qalsa, o zaman Ərdoğanın əli daha da möhkəmlənəcək”.

Bu fikirləri politoloq Samir Hümbətov “Vetensesi.az”a açıqlamasında bildirib. Politoloqun dediyinə görə, “altılıq masası”nın dağılması sanki planlı şəkildə həyata keçirilən, bilmədiyimiz əllərin hardansa bu prosesi dağıtması kimi dəyərləndirilə bilər.

“Merak Akşenerin, Mənsur Yavaşın və Ekrem İmamoğlunu namizəd kimi görmək istəyənlərin bu düşüncəsinin arxasında başqa səbəblər var: “Altılıq masası”nın dağılması ilə seçkidə ciddi rəqiblərin şansları da azaldı. Ola bilər ki, Akşener ilə Müharrem İnce yeni bir koalisiya yaratsınlar. Amma hazırda “beşli masa”da olan partiyaların seçkini udmaq imkanı əllərindən demək olar ki, çıxıb”,-deyə S.Hümbətov vurğulayıb.

Ərdoğanın reytinqinin dağılan koalisiya ilə daha da artığını ifadə ifadə edən politoloq bildirib ki, Kılıçdaroğlunun birbaşa seçkiyə namizəd olması, Ərdoğanın qalib gəlməsini asanlaşdıracaq. O, daha sonra əlavə edib ki, hər şey seçkinin nəticələrindən asılı olsa da, AKP-nin qalib gəlməsi daha realdır: “Səslər ən azı 51-52 faiz üzərində oynaya bilər. Eyni zamanda parlamentdə də səs çoxluğunun yenə MHP və AKP ittifaqında olması ehtimalı böyükdür. Ehtimallara görə, hazırda “beşli masa” da yola davam edə bilər, amma onların platformasının fəaliyyəti bundan sonra heç bir məna daşımır. Meral Akşener, Müharrem İnce və Ümid Özdağ bir blokda birləşərək, bu formada seçkidə iştirak edə bilərlər. Təbii fəlakətin nəticələrinin böyük olmasına görə hazırki iqtidar günahlandırılsa da, bu elə də güclü arqument deyil, çünki zəlzələ AKP höküməti tərəfindən törədilməyib. Ümumiyyətlə, hər vəziyyətdə AKP iqtidarının seçkilərdə qalib gəlmək şansı daha böyükdür”,-deyə S.Hümbətov fikrini tamamlayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər