- İranın parlamentə oxşar molla yığnağının Azərbaycanın dost İsraildə səfirlik açmasını əsil yelbeyinliklə qarşılaması və bununla bağlı diletant bəyanat qəbul edib müxtəlif ölkələrə göndərməsi qan və uydurma siyasət qohumları olan hayların ürəyincə olub. Bu gün Azərbaycan Milli Məclisinin İranın sözügedən yelbeyinliyini tənqid etməsi isə haylara yeni qiybət mövzusu verib. Bu yaxınlarda Saro Saroyan adı ilə çıxış edən bir hay politoloqun bu barədə fikirləri də təsdiq edir ki, haylar yelbeyin fars molla rejiminin təkcə zeynəbçilərlə hayların siğəsi barədə fətvaya görə deyil, həm də son anti-Azərbaycan qərarına, necə deyərlər, züy tuturlar.
Onlar cəmiyyətə belə bir qeyri-insani fikirləri təlqin etməyə çalışırlar ki, Azərbaycan "qırmızı" xətti keçəcək və İran müharibə edərək Naxçıvan və Qarabağ iqtisadi rayonlarını işğal edib hayların orada yaşamasını təmin edəcəkdir. Daim özgəsinin qoltuğunda yaşayan hayların belə fikirlərinə isə gülməmək mümkün deyil.
N.Qaramanlı