18.06.2025, 07:28
AZ EN
05.04.2023, 15:41 296

Haylar cəsur və döyüşkən olmur

YAZILAR
  • "Hraparak"ın əməkdaşı Ani Arakelyan bu günkü yazısında belə qənaətə gəlib.

O, yazır ki, dünən televizorda parlamentin insan haqqları və ictimai məsələlər üzrə daimi komissiyasının iclasına baxdıqca düşünürdüm ki, gör nə hala düşmüşük. Mənəviyyatsızlıq, əxlaqsızlıq baş alıb gedir. Qarşısında adam oturduğunun fərqinə varılmadan tərbiyəsizlik edilir. Onlar orta təhsilli, adi partiya üzvləri olsalar, bəlkə də, başadüşülərdi. Amma onlar hakimiyyətdə olanlardır. Nikolun zövqü ilə seçilən və işləyənlərdir.

Daha sonra populist çıxışlarla məşğul olan müxalifətin ünvanına kəskin ifadələr işlədən Ani Arakelyan onların da zövqsüz, mədəniyyətsiz, külək səmti ilə yaşayan adlandırır və hayların döyüşkən və cəsur olmadıqları kimi həm də mənəviyyatsız olduğunu xüsusi vurğulayıb.

Düz sözü şərh etməyə isə ehtiyac yoxdur.

N.Qaramanlı

Oxşar xəbərlər