10.06.2025, 00:41
AZ EN
11.04.2025, 10:55 239

Bəhruz Məhərrəmov: “Azərbaycan özünü dinlətməyi bacarır”

YAZILAR
  • “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə niyə dünya qulaq asır? Dünya üçün maraqlı olan şəxsin nümunəsi olandır. Cənab İlham Əliyev qalib Prezidentdir. Gəlin, açaq xəritəni qarşımıza qoyaq. Nə qədər qalib Prezident var ətrafımızda? Nə qədər reallıq yarada bilən insan var ətrafımızda və  nə qədər nümunə yaradan? Separatizmlə mübarizədə göstərək kim qalib gəlib? Üstəlik biz separatizmlə mübarizədə Azərbaycanın özünün suveren haqları ilə bərabər həm də, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrini yerinə yetirmişdir. Budur nümunə. Yəni cənab İlham Əliyev ortaya sözün əsl mənasında hüququn aliliyini təmin edən nümunə qoyub. Bəli, artıq bu o deməkdir ki, biz həmin liderlə hesablaşmalıyıq.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AzTV-nin “Hədəf” proqramında cənab Prezidentin ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışına münasibət bildirərkən deyib.

          Millət vəkili bildirib ki, çox vacib olan məqam, bu gün nə qədər lider səmimi danışa bilir?

Xalqdan dəstəyi olmayan, ətrafda nüfuzlu şəxs kimi qəbul olunmayan, dünya konfiqurasiyasında, baxmayaraq ki, bu dövlət bizim qarşımızdadır, yaxud yanımızdadır, fərq etməz, axı, səmimi danışa bilməz.

“Cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədr qismindən tutmuş, Türkdilli dövlətlərin səylərini pandemiyada, daha sonrakı dövrlərdə birləşdirən liderə qədər dünyanın aparıcı mövzularında sözün əsl mənasında qətiyyət nümayiş etdirən bir şəxsiyyət olaraq, bu gün özünün  qeyd etdiyimiz o nümunəsini yaradır. Xalq tərəfindən dəstəyi var və bu, artıq ona tam səmimi şəkildə həm daxili auditoriyaya, həm də xarici auditoriyaya müraciət etmək imkanı verir və bu hədsiz dərəcədə vacibdir. Və nəhayət,  cənab İlham Əliyev təhsirli liderdir. Təhsirli lider nətir? Bu gün biz bəli, bazardayıq, enerji bazarındayıq. Amma Azərbaycan öz gücü və imkanları hesabına, suverenliyin qurban verməmək, məsələn bu gün istənilən layihələr, dünyada kifayət qədər ciddi layihələr var. Məsələn, Panamanın miqyasında bunu deyə bilərdik, çoxsaylı boğazlar, əbər bölgəsində və s. Baxın görün, hansını həmin bölgənin dövlətləri reallaşdırıb? Hamısını kənardan gəlib reallaşdırıblar. Həmin dövlətlərin suverenliyi üzərində haqq sahibi olublar. Azərbaycan bu gün o neft-qaz layihələrindən tutmuş nəqliyyat logistika layihələrinə qədər öz gücünə, daha dəqiq desək, İlham Əliyevin gücünə reallaşdırılıb. Heç kim deyə bilməz ki, bu layihədə mən ortağam, həlliedici pay sahibiyəm və bu  artıq Azərbaycan Liderini təhsirli liderə çevrib. Sözü keçən şəxsiyyətə çevirib bölgədə. Dünya güc dünyasıdır. Biz nə qədər hüquqdan danışsaq da,  hüquq üzərində güc daha çox rol oynamaqdadır. Xüsusən beynəlxalq hüquq üzərində. Düzdür, biz indi elə bir konqurasiya yaradıldığının şahidiyik ki, həm hüququn gücü bizim tərəfimizdədir, həm gücün hüququ. Amma indiki məqamda birmənalı şəkldə deyə bilərik ki, bəli, Azərbaycan güc və imkanları hesabına  bu qeyd etdiyimiz reallığı yaratmaqla artıq özünü dinlətməyi bacarır”,- deyə deputat vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər