Bir müddət bundan əvvəl başlayan aksiyalar bir ara fasilə verdi, daha sonra isə Azərbaycanla Ermənistan arasında sərhədlərin Qazax istiqamətində delimitasiya və demarkasiya proseslərinin aparılması bu aksiyaları daha da alovlandırdı, yəni ikinci mərhələdə. Artıq biz aksiyaların keçirildiyini gördük və 24 mayda açıqlama verildi ki, 4 kəndlə bağlı məsələ həllini tapıb. Azərbaycan sərhədçiləri artıq orda fəaliyyət göstərdilər. Eləcə də Ermənistan tərəfi bu məlumatı təsdiqlədi. 26-da isə yenidən itaətsizlik aksiyalarına start verildi. Baqrat Qalstanyan Paşinyana bir sıra mesajlar göndərdi, təhdid etdi: “Sən hakimiyətdən getməlisən, biz gələcəyik, ondan sonra aydın şəkildə ifadə edəcəyik ki, əslində qarşıdakı dönəmdə Ermənistanı nələr gözləyir”.
Hərbi ekspert Ədalət Verdiyev Ermənistanda gedən aksiyalar barədə sosial şəbəkə hesabında yazıb ki, “Maski Şou-2” başlayır: “Məncə, ən yaxşısı Baqrat ilə Nikol təkbətək güləşsinlər, rinqə çıxsınlar. Qılınc çəkib, ox atsınlar”. (Hərçənd, qılınc çəkib, at oynatmaq misalı da Azərbaycana məxsusdu) Ekspert daha sonra əlavə edib ki, 2 həftədir bu prosesin məntiqi sonluğunu gözləyirik: “Nikol qalsa da, getsə də, Azərbaycan qazanacaq. Birincidə sülh prosesinin davamı kimi diplomatik yolla, ikincidə isə Dəmir yumruğun növbəti zərbəsi ilə”,- deyə fikrini ifadə edib.
Tahirə AĞAMİRZƏ