"Hraparak"ın bu günkü xəbərlərinin əksəriyyəti hay hakimiyyətinin yarıtmaz fəaliyyəti barədədir. Rusiya meyilli bu media qrupunun Paşinyan iqtidarının səriştəsizliyini sərhəd tanımayan siyasi məsuliyyətsizlik adlandırması fevral ayından indiyədək Rusiyanın müxtəlif şəhərlərində "Rusiya vilayətlərində Hayastan günləri" keçirilməsinə dair xəbərdə də öz əksini tapıb. Vurğulanıb ki, fevral ayında Yaroslavlda start götürən bu dostluq tədbiri aprelin 1-4-də kurort şəhəri Soçidə davam edəcəkdir. Şəhər rəhbərliyinin təşkil etdiyi bu tədbirdə Ermənistanın nümayəndələri iştirak edəcək. "Vətəndaş müqaviləsi" fraksiyasının bir neçə üzvünün, Paşinyanın dostu Vahe Qalumyanın, Matevos Acatryanın və rus icmasının nümayəndəsi Aleksandr Sandıkovun həmin tədbirdə iştirak etmək üçün artıq Soçiyə yollandıqlarını bildirən media qrupu əlavə edir ki, Putinin həbsinə imza atan hay iqtidarı dostluq tədbirlərində hansı mənəvi əsasla iştirak edə bilər. Bizsə tarixi faktlara əsaslanaraq əlavə edək ki, hayların mentaliteti məhz xəyanət, yaltaqlıq və s. bu kimi qeyri-insani əməllərlə məşhurdur.
Nəsib