18.10.2024, 10:04
AZ EN
06.01.2023, 12:32 379

Haylar ağlamağa vərdiş edib

YAZILAR

Xristyanların yanvarın 6-da İsa peyğəmbərin mövludu münasibəti ilə keçirdiyi ənənəvi bayram mərasimlərinin sevinci Ermənistanda bu il də yas ovqatı ilə müşahidə olunmaqdadır. Erməni mediasının yanvarın 6-da yaydığı xəbərlərdən görünür ki,  bu ilki bayram da onlardan ötrü arxa sıraya salınıb. Qərbi Azərbaycandakı hay toplumunun rəhbəri N.Paşinyan soydaşlarını bayram münasibəti ilə təbrik edib onlara uğurlu, sevincli həyat arzulasa da politoloq Arman Ayvazyanın dediyinə görə, gəlişi gözəl sözlərin heç biri xüsusilə Qarabağdakı hayların problemlərini həll etməyəcək. Azərbaycanlı ekofəalların Laçın yolundakı haqlı aksiyaları barədə dünyaya hər gün yalan və böhtan dolu müraciətlər ünvanlayan hayların sülh müqaviləsi barədə düşünməyin hələ tez olduğunu müxtəlif politoloqlar vasitəsi ilə yaymaları isə onların irsi xəstəliyinin 21- əsrdə yeni xülyalarla daha da kəskinləşdiyini göstərir. Bu baxımdan parlamentin sabiq deputatı Taron Simonyan adlı politoloqun paylaşımı diqqəti cəlb edir. O yazır: "1, 2, 4, 10, 20 il əvvəlki və indiki olaylara nəzər salaq və faydalanaq ki, torpağımızı, milli hüquqlarımızı qorumaq üçün ilk növbədə zehnimizlə, ruhumuzla, bütün varlığımızla silahlanaq və vuruşaq.

Unutmayaq ki, düşmən tərəfindən də gələcək nəsillər üçün qarşısı alınmaz cinayətlər hazırlanır". Öz cinayətlərini görmədən başqasını ədalətsizlikdə təqsirləndirməyə də öyrəncəli olan bu sabiq deputatın müharibəni təbliğ etməsində də qeyri-adi heç nə yoxdur. Çünki, hazırda  Xankəndidə yaşayan Lusine Rustamyan məhz belələri barədə deyib ki, ermənilər başqasına güvənib dava salmağa və köməksiz qalıb qırılmağa vərdiş edib.

Nə deyirik, təki həmişə belə olsun!

Nəsib

Oxşar xəbərlər