Ruben Vartanyanın Qarabağdakı dələduzluq fəaliyyətinə başlamazdan öncə rus sülhməramlılarının vasitəçiliyi ilə dəfələrlə keçirilən görüşlərdə yalnız humanitar, infrastruktur və bu kimi məişət məsələləri müzakirə olunduğunu xatırladan Azərbaycanşünas xüsusi ifadələrlə vurğulayıb ki, həmin görüşlərdə heç vaxt siyasi məsələlər ətrafında müzakirələr aparılmayıb.Amma indi Azərbaycan danışıqlar prosesinin ikitərəfli qaydada, separatçılar isə Minsk qrupunun, yaxud başqa beynəlxalq statuslu təşkilatın vasitəsilə aparılmasını istəyir.
Hayların heç vaxt ikitərəfli danışıqlar prosesində iştirak etməyəcəyinə əmin olduğunu bildirən T.Hayrapetyan bunu onunla əsaslandırıb ki,guya bu baş verərsə, öncə Qarabağ,sonra isə Zəngəzur ermənisiz əraziyə dönəcəkdir.
Göründüyü kimi, haylar inteqrasiya deyil, müharibə istəyir.
N.Qaramanlı