İrəvanda ağırlıq qaldırma üzrə keçirilən beynəlxalq yarışların açılışı zamanı Azərbaycan bayrağının Nikolyan soyadlı erməni tərəfindən yandırılması ilə bağlı yayılan xəbərlərin birində deyilirdi ki, "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hovik Ağazaryan öz FB səhifəsində sözügedən olayı pisləyib və bunun beynəlxalq aləmdə qınaqla qarşılandığını yazıb. "Hraparak"da yayılmış digər xəbərdən isə Erməni deputatın ikiüzlüyü üzə çıxıb. Belə ki, o deyilənləri təkzib edərək əsil Erməni olduğunu yenidən qabardıb. Agentlik xəbər verir ki, iqtidar deputatı ayrı-ayrı şəxslərin söyüşlərinə, tənqidinə cavab olaraq həmin sözlərin müəllifi olmadığını izah etməyə çalışıb. O, həyasızcasına yazıb ki, guya onun səhifəsini "qıraraq" sözügedən fikirləri yazıblar.
Gözlərindən qorxaqlıq və biclik yağan Hovik özünü belə sığortalayır: "Bir neçə saatdır ki, yoldaşlar mənə zəng edirlər. Deyirəm nə olub? Mən onlardan öyrəndim ki, səhifəmdə nə yazılıb. Mən istirahət günü səhifəmə girməmişəm. Tələbəlik yoldaşlarımla Kənəkrdə toplaşmışdıq. Görünür, kimsə səhifəmi "qırıb". Köməkçimə xahiş etmişəm parolu dəyişsin".
Əsil erməni uydurmasıdır! Amma, bəlkə, bu dazbaş tələbəlik yoldaşları ilə yeyib-içəndə sərxoş olub və bir az insafa gəlib həqiqəti yazıbmış?
N.Qaramanlı