22.11.2024, 18:13
AZ EN
06.03.2023, 11:43 356

Erməni “general” xalqını qırğına sürükləyir

YAZILAR
  • Vaxtilə Qarabağdakı separatçı silahlı bandalarının başçısı olan Samvel Babayan bir həftədən çoxdur ki, Xankəndidədir.

O, hayların mətbuatında müntəzəm şəkildə fikirlər paylaşmaqla gündəmdə qalmaqdadır. "Hraparak"ın bugünkü buraxılışında isə "DQ BMT-nin təsdiq etdiyi özünümüdafiə hüququndan imtina edə bilməz" başlıqlı növbəti təxribatçı fikirlər paylaşıb. Psevdo general yazıb ki, guya martın 5-də Azərbaycan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqla hayların mövqelərini atəşə tutub. "Birləşmiş vətən" deyilən "partiyanın" sədri olduğunu da diqqətə çatdıran S.Babayan beynəlxalq təşkilatların qanunlarından da tam xəbərsiz olduğunu elə öz xəstə təfəkkürü ilə sübut edir. Deyir ki, biz BMT-nin özünü müdafiə barədə mövcud qanunlarına uyğun olaraq müdafiə olunmalıyıq. Qarabağdakı hayların da BMT-nin sənədlərinə  görə Azərbaycan vətəndaşı olduğunu milli mentalitetlərinə uyğun olaraq qəbul etməyən bu hayın öz soydaşlarını silahlı itaətsizliyə, qiyama çağırması yeganə hal deyil və bir daha sübut olunur ki, ermənilər tərəfindən deyilən hər bir fikrin arasında qan tökülmə məntiqi gizlənir. Üçtərəfli bəyanatda qeyd olunan maddələrin hamısını görməzliyə vuran və özündən gündə bir "formula" icad edən Samvel Babayan yəqin ki, bu çağırışları ilə elə öz yoxluğuna imza atıb.

Nəsib

Oxşar xəbərlər