"Hraparak" xəbər verir ki, yanvarın 23-də saat 12-də parlamentin insan haqlarının müdafiəsi komissiyasının üzvü Takuhi Tovmasyanın təşəbbüsü və sədrliyi ilə "Ermənistan Respublikası silahlı qüvvələrinin indiki durumu ordudakı cari problemlər, onların həlli gedişi və yolları" mövzusunda qapalı iclas keçirilməli idi. İclasa müdafiə və maliyyə nazirliklərinin nümayəndələri dəvət olunmuşdu. Amma iclas baş tutmayıb. T.Tovmasyan deyib ki, müdafiə naziri Sureni Papikyan parlamentə məktubla müraciət edərək indiki şəraitdə belə iclas keçirilməsinə ehtiyac olmadığını və keçirilərsə orada iştirak etməyin məqsədə müvafiq olmadığını bildirib.
Qəzet öz mənbələrinə istinadən əlavə edib ki, müdafiə naziri öz məktubu ilə parlamentə hörmətsizlik nümayiş etdirib, baş tutmayan iclasa isə sözügedən komissiyanın üzvlərindən əlavə "Hayastan" fraksiyasının 2 üzvü də dəvət edilibmiş.
Nəsib