22.11.2024, 18:22
AZ EN
24.01.2023, 15:31 361

Erməni hərbçilər həbs edilib

YAZILAR

Ötən il sentyabrın 12-də ermənilərin növbəti təxribatları zamanı baş vermiş döyüşlərdə əsgərlərimizin rəşadəti nəticəsində qaçmağa məcbur olmuş düşmənlər özlərinin zəifliyini pərdələmək üçün müxtəlif üsullardan istifadə etsələr də həqiqəti gizlətmək mümkün deyil və bu  yanvarın 24-də ermənilərin elektron kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrin sırasında özünə məxsus yer tutub. "Lurer com"un yaydığı "6 hərbçi həbs edildi. İstintaq komitəsi 12-14 sentyabr olayları barədə geniş açıqlama verib" başlıqlı məqalədə qeyd edilir ki, döyüş tapşırığını yerinə yetirərkən qorxaqlıq göstərən, yaralı hərbçi yoldaşının əsir düşməsinə səbəb olan, döyüş mövqeyini səbəbsiz tərk edən 6 hərbi qulluqçu istintaq komitəsi tərəfindən dindirildikdən sonra barələrində həbs qətimkan tədbiri seçilərək həbs ediliblər. Onlara cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bu, genetik kodlarında qorxaqlıq ilk yerdə olan hayların həbs silsiləsinin növbəti nümunəsidir.

NƏSİB

Oxşar xəbərlər