12.03.2025, 18:17
AZ EN
12.03.2025, 12:22 180

Molla yığnağı hay keşişlərin müraciətini dəstəkləyir

YAZILAR
  • "Hraparak" xəbər yayıb ki, 100 yüksək rütbəli hay keşişi dünya xristianlarına məktubla müraciət edərək onlara Bakıda həbsdə olan separatçı hayların azad edilməsi üçün yardımçı olmağı xahiş etmələri bir çox ölkələrdə əks-səda yaratmasa da özünü islam dövləti adlandıran yelbeyin cənub qonşumuzda dərhal ajiotaja səbəb olub.

İnsan haqlarından, dini dəyərlərdən nağıl, hədis danışmaq ustası olan anti-türk rejim sözügedən məktuba dəstək verməklə həm də bütün xristianlara xitab ünvanlayıb ki, guya Türkiyənin təhriki ilə Suriyada  şiələri və xristianları öldürür, yaxud həbs edirlər. Bu xəbər hayların ürəyincə olub və dünya xristianlarının Türkiyəyə qarşı yeni səlib yürüşü kimi dəyərləndirilir, yelbeyin rejim isə alqışlanır.

Həqiqət isə belədir ki, Bəşər Əsəd rejiminə hərtərəfli dəstək verən  yelbeyin, hiyləgər molla yığnağı həm də ərəb yelbeyinlərdən ibarət olan HƏMAS-ı qızışdıraraq İsrailə qarşı müharibəyə başlatdıqdan sonra yeni müharibə ocağı yaratdı.

Təbii, Ruben Vartanyanın İrandakı iş ortaqların təşəbbüsü ilə yayılan yeni qarayaxma yalnız islamı özünə üz pərdəsi edən sasanizmçilərin xarakterinə və mənafeyinə uyğundur. Amma acı da olsa həqiqətdir ki, Azərbaycanda din örtüyünə bürünmüş farsbaşlar da az deyil və belələrinə birdəfəlik "yox" demək hər baxımdan ədalətli olardı. Ən azından ona görə ki, Qarabağdakı məscidləri mal-qara, donuz arxacına çevirən hayları hər vasitə ilə dəstəkləyən yelbeyinlər nə müsəlman, nə də başqa din daşıyıcısıdır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər