08.09.2024, 07:30
AZ EN
09.01.2024, 09:23 271

Milyonlarla vəsait mənimsənilir

YAZILAR
  • "Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, İrəvanın meri, N.Paşinyanın komandasının üzvü və hətta yoldaşının qohumu Tiqran Avinyan ötən il dekabrın 28-də keçirilən  şəhər bələdiyyəsinin hesabat toplantısında büdcədən fərdi sahibkar Janna Musaelyanın hesabına 38 milyon 246 min dram keçirildiyini, Qarabağdan köçən bir neçə ailənin həmin vəsaitlə oktyabrın 1-dən noyabrın 10-dək  otel xərclərinin ödənildiyini bildirib.

Agentlik əlavə edib ki, aparılan araşdırmalara görə, sözügedən oteldə məhz həmin zamanda cari təmir işləri aparılıb və orada heç kəsə xidmət göstərilməyib. Janna Musaelyan isə inadkarlıqla bildirib ki, Qarabağdan gələn onlarla ailə sözügedən müddətdə onun mülkiyyətində olan villaya yaşayıblar və onlara yüksək səviyyədə xidmət göstərilib. Buradan bir məntiqi nəticə yaranır. Ermənistanda Qarabağdan könüllü köçən ermənilərə yardım  adı ilə milyonlar mənimsənilir.

N.Qaramanlı

Oxşar xəbərlər